NUHÇIXAN xəbər verir ki, Arazqırağı ərazidə qurulan zavodda işlər əsasən başa çatdırılıb. Aprel ayının əvvəlindən tikintisinə başlanılan zavodda ən yeni texniki göstəricilərə malik Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb.
Naxçıvanda müasir asfalt zavodunun qurulması keyfiyyətli asfalt istehsalına və avtomobil yollarının sürətli və vaxtında çəkilməsinə imkan yaradacaq. Zavodda sınaq məqsədilə asfaltın istehsalına başlanılıb .
Qeyd edək ki, zavod saatda 240 ton asfalt istehsal etmək gücündədir.
Əbülfəz Dünyamaliyev