Üzüm bu xəstəlikləri müalicə edir

292

Üzüm ən faydalı giləmeyvədir desək yanılmarıq. Bunun səbəbi üzümün olduqca zəngin kimyəvi tərkibidir.

Üzümün tərkibində elə maddələr var ki, onlara çox az məhsullarda rast gəlinir. Hələ dahi Hippokrat deyirdi ki, üzüm insan sağlamlığına ana südü qədər faydalıdır.

NUHÇIXAN sizi üzümün faydaları ilə tanış edir.

1. Tərkibində orqanik turşuları olan üzüm tənəffüs yollarını təmizləyir, bəlğəmgətirici kimi təsi edir, öskürəyi yumşaldır.

2. Üzüm damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir. Bunun səbəblərinindən biri üzümdə olan “rutin” adlı maddədir.

3. Kaliumla zəngin olduğundan üzüm ürəyə düşən gərginliyi azaldır, ürək əzələsini möhkəmləndirir, ürəklə bağlı ödemləri azaldır.

4. Qanazlığından əziyyət çəkənlər də üzüm yeməlidir. Onun tərkibində olan fol turşusu (B9 vitamini) qanyaratma sisteminin normal fəaliyyəti üçün ən vacib olan vitamindir.

5. Üzüm böyrək xəstəliklərinin qarşısını almağa kömək edir. Həmçinin üzüm börəkləri qumdan təmizləyir.

6. Podaqra xəstəliyi zamanı da üzüm çox faydalı sayılır ki, orqanizmdən südik turşusunu xaric edir.

7. Üzümün tərkibində olan ellaq turşusu qadınlarda süd vəz və uşaqlıq boynu xərçnginin riksini azaldır.

8. Üzümün tərkibində resveratrol maddəsi var. Bu maddə xərçəng xəstəliklərinin ən yaxşı profilaktik vasitəsi sayılır.

9. Üzüm bağırsaqların sağlamlığına çox müsbət təsir edir, bağırsaqlarda ziyanlı mikrobları öldürür.

10. Üzümün tərkibində olan pterostilben maddəsi xolesterinin səviyyəsini və təzyiqi aşağı salır və bununla da ürək və damarları xəstəliklərdən qoruyur. Bu maddə qara üzümün tərkibində daha çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: