Toxum tədarükü davam edir

154

NUHÇIXAN xəbər verir ki, hazırda “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi torpaq mülkiyyətçilərini keyfiyyətli toxumla  təmin etmək üçün  yaradılan şəraitdən səmərəli istifadə edir. Bu məqsədlə cari ildə 600 hektardan çox sahədə taxıl biçini aparılıb və zəmilərdən  nəzərdə tutulduğundan  çox məhsul götürülüb. Taxılçılar həmin ərazilərdə  rayonlaşdırılmış  “Qobustan”, “Quality” və “Bezos” məhsuldar toxumlardan istifadə edərək əkin aparıblar. İndi isə təsərrüfatda toxumlar təmizlənir, dərmanlanır, çəkilir və paketlənir. Paketlənən toxum sortları anbarlara  yığılır.

Toxumçuluq təsərrüfatı üçün  yeraltı suvarma  şəbəkələrinin qurulması burada işlərin səmərəliliyini daha da  artırıb.  Hazırda bu təsərrüfatın Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 600 hektar sahədə qapalı suvarma şəbəkəsi tikilir. Bu isə gələcəkdə taxıl əkini sahələrinin daha da genişləndirilməsi və  keyfiyyətli toxum istehsalına imkan yaradacaq.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: