İdmançılar Ağbulaqda istirahət ediblər
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iyulun 30-dan avqustun 2-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının iştirakı ilə idman federasiyaları üzvlərinin “Yay məktəbi” təşkil olunub. Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi”nin növbəti qonaqları Kikboksinq, Güləş, Yüngül Atletika, Şahmat, Futbol və Karate-do federasiyaları idmançıları olub.
Yay məktəbi çərçivəsində idmançılar müxtəlif idman növləri ilə məşğul olub, aprel döyüşlərindən və şəhid leytenant Qabil Orucəliyevdən bəhs edən sənədli və bədii filmlərə baxıblar. Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqiçiləri konsert proqramı ilə çıxış edib. İdmançılar Ağbulaq kəndini və “Şəfa” bulağını gəzib.
Qeyd edək ki, növbəti “Yay məktəbi” 4-7 avqust 2018-ci il tarixlərdə Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri üçün təşkil olunacaq.