Çox insanlarda qəfildən bədənin müxtəlif nahiyələrində – boyunda, dekoltedə, sinədə, kürəkdə qırmızı nöqtələr, xal kimi törəmələr – dərialtı hematomalar meydana çıxır.
Eləsi var bundan təşvişə düşür, eləsi var önəm vermir.
NUHÇIXAN xəbər verir ki, əgər qırmızı nöqtələr çox və davamlı yaranırsa, onun səbəbini araşdırmaq lazımdır. Bəzən belə nöqtələrin səbəbi qaraciyər və mədəaltı vəzi xəstəlikləri ola bilər.
– Qırmızı nöqtələr dəriyə vurulan zərbə, travma, zədə zamanı yarana bilər: epilyasiya, depilyasiya, üzqırxma və s.
– Orqanizmdə C və K vitamini çatışmazlığı kapilyarların partlamasına səbəb olur
– Revmatik xəstəliklər
– Mədəaltı vəzi xəstəlikləri
– Qaraciyər xəstəlikləri
– Allergiyalar
İlk öncə qırmızı nöqtənin ölçüsünə diqqət yetirmək lazımdır:
– Kapilyar hemangioma – çox kiçik olur
– Kaver hemangioması – bir neçə iri qabarcıqdan ibarətdir, sanki içi qanla doludur.
Müalicə
Müalicə səbəbdən asılıdır.
Qırmızı nöqtələri müxtəlif üsullarla yox etmək mümkündür. Bunu yalnız həkim-dermatoloq müayinədən sonra etməlidir. Hal hazırda bunun üçün lazer, elektrik, azot, kimyəvi preparatlar istifadə olunur.
Qırmızı nöqtələri yandırmaq, qopartmaq və s. olmaz. Bu təhlükəlidir.