Naxçıvanlı alim türk xalqlarının ortaq folklorunu araşdırıb

112

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın “Türk xalqlarının ortaq folkloruna müqayisəli baxış” adlı monoqrafiyası işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXANa verilən məlumata görə, yeni nəşrin elmi redaktoru və ön sözün müəllifi akademik Nizami Cəfərov, rəyçiləri professor Buludxan Xəlilov, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli və filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Əsgərovadır.

Monoqrafiyada Azərbaycanın zəngin folklor nümunələri digər türk xalqlarının folklor nümunələri ilə müqayisə olunur. Nəşrdə ortaq dastanlara, atalar sözlərinə, bayatılara, tapmacalara, laylalara, alqış və qarqışlara aid nümunələrin oxşar və fərqli cəhətləri təhlil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: