“Dövlət və din” toplusunun yeni nömrəsi nəşr olunub

147

“Dövlət və din” ictimai fikir toplusunun yeni nömrəsi çapdan çıxıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) NUHÇIXAN-a bildirilib ki, nəşrdə dövlətimizin başçısının Sərəncamı, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi parad, ölkəmizdə dini qurumlara maliyyə yardımı göstərilməsi kimi materiallar yer alıb. Kitabda, həmçinin “Soyqırımı: fəlsəfi-tarixi-dini baxış – dialoq kontekstində”, “Xalq poeziyasında İslam əxlaqı və harmonik şəxsiyyət məsələləri”, “Multikulturalizm-postmodernizm əlaqəsi”, “İslam əlyazma mədəniyyətində kalliqramlar”, “Cəmaləddin Əfqaninin dünyagörüşü”, “Ordubad şəhərində nadir memarlıq abidəsi” və s. sərlövhəli məqalələrlə də tanış olmaq mümkündür.

Toplunun redaktoru Sadiq Mirzəyev, redaksiya heyətinin üzvləri – akademiklər Gövhər Baxşəliyeva, Teymur Kərimli, Urxan Ələkbərov, Vasim Məmmədəliyev, Yaqub Mahmudov, Nizami Cəfərov, AMEA-nın müxbir üzvləri Bəxtiyar Əliyev, Səlahəddin Xəlilov, professorlar Allahşükür Paşazadə, Etibar Nəcəfov, Əli Əhmədov, Əli Həsənov və başqalarıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: