Gürcüstanda növbəti prezident seçkisi cari il oktyabrın 28-də keçiriləcək.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası məlumat yayıb.
Bildirilib ki, Gürcüstan prezidenti və hökumət administrasiyaları seçkinin oktyabrın 28-də keçirilməsi barədə razılığa gəliblər.
Gürcüstan Konstitusiyasına əsasən, növbəti prezident seçkisinin keçirilməsinə 60 gün qalmış baş nazir bu siyasi kampaniyanın tarixini açıqlamalıdır. Bu dəfə Gürcüstan prezidenti ümumxalq səsverməsi yolu ilə 6 il müddətinə seçiləcək.
Gürcüstanda bir nəfər iki dəfədən artıq prezident postunu tuta bilməz. 2010-cu ilin oktyabrında qəbul edilən konstitusiyaya əsasən, prezidentin səlahiyyətləri parlament və baş nazirin xeyirinə azaldılıb. Gürcüstan parlament idarəetmə üsuluna keçib.