Tələbə və gənclər tarixi abidələrimizi təbliğ edirlər

74

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində “Tarixi abidələrimizi tanıyaq və tanıdaq” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, müsabiqə Naxçıvanın tarixi və coğrafi abidələrinə həsr edilən ən yaxşı film, ən yaxşı foto istiqaməti üzrə aparılıb. Təqdim edilən filmlər 5 dəqiqə, fotolar isə 5-dən artıq olmamaq şərtilə təqdim edilib. Müsabiqədə 50-dən artıq gənc, 100-ə yaxın foto və video materialla iştirak edib. Yekun nəticəyə görə Beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi Fərman Hacıyev müsabiqənin qalibi olub. 2-ci və 3-cü yerlərə də Universitetin tələbələri  Aynur Həsənli və Sunay Qasımzadə çıxıb. Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar. 10 nəfər gəncə isə həvəsləndirici mükafatlar verilib. Mükafatlandırılanlar sırasında naxçıvantv.az saytının redaktoru Anar Tağıyev də var.

Sonda qaliblərin foto və videoları tədbir iştirakçılarına nümayiş olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: