İdmançılar üçün Yay məktəbinə start verilib
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, gənclərin Ağbulaq İstirahət mərkəzində asudə vaxtının səmərəli keçməsi və istirahəti üçün tədbirlər davam edir. 30 iyul 2018-ci il tarixdə Ağbulaq İstirahət Mərkəzində növbəti dəfə Kikboksinq, Güləş, Yüngül Atletika, Şahmat, Futbol və Karate-do federasiyaları idmançılarının Yay məktəbinə start verilib.
İstirahət Mərkəzi ilə tanışlıqdan sonra idmançılar müxtəlif idman oyunları oynayıblar. Günün sonunda iştirakçılar üçün “Girdab” bədii filmi nümayiş olunub. Yay məktəbi avqustun 2-nə qədər davam edəcək.
Yay məktəbi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının birgə təşkilatçılığı ilə keçirilib.