Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək

204

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək.

NUHÇIXAN-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçiriləcək. Səfərdə rəqibinə 1:0 hesabı ilə məğlub olan Moldova “Şerif”i evdə Makedoniya “Şkendiya”sını sınağa çəkəcək.

İlk oyunda İsrailin “Hapoel” komandasını 5 cavabsız qolla üstələyən Xorvatiya “Dinamo”su möcüzə baş verməsə, növbəti mərhələyə vəsiqə qazanacaq. Günün son oyununda isə Slovakiya “Spartak”ı ilə Polşanın “Legiya” komandası qarşılaşacaq.

Qeyd edək ki, ilk matçda səfərdə Albaniya “Kukesi”si ilə qolsuz heç-heçə edən “Qarabağ” II təsnifat mərhələsinin cavab oyununa avqustun 1-i çıxacaq. Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Çempionlar Liqası, II təsnifat mərhələsi 

Cavab oyunları

31 iyul

21:00 “Şerif” (Moldova) – “Şkendiya” (Makedoniya)

İlk oyun – 0:1

21:00 “Hapoel” (Beer-Şeva, İsrail) – “Dinamo” (Zaqreb, Xorvatiya)

İlk oyun – 0:5

22:30 “Spartak” (Trnava, Slovakiya) – “Legiya” (Varşava, Polşa)

İlk oyun – 2:0

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: