“Naxçıvan” Universiteti tələbələrinin “Yay Məktəbi” başa çatıb

255

Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi”nin  növbəti qonaqları “Naxçıvan” Universiteti tələbələri olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iyulun 24-dən 27-dək  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının iştirakı ilə “Naxçıvan” Universitetinin fəal tələbələri Ağbulaq istirahət mərkəzində olub. Tələbələr Ağbulaq kəndini və “Şəfa” bulağını gəzib. Yay məktəbi çərçivəsində “Naxçıvan” Universitetinin  tələbələri “Xəmsə” və Oxunması zəruri olan kitablara əsasən hazırlanan “Nə? Harada? Nə zaman?” İntellektual Oyununda öz biliklərini sınayıb və  müxtəlif idman növləri ilə məşğul olublar. Keçirilən yarış və tədbirlərdə fəal iştirak edən və qalib olan iştirakçılara fəxri fərmanlar və sertifikatlar verilib. Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqiçiləri konsert proqramı ilə çıxış edib. Gənclər  “Girdab”, “Əhməd haradadır” bədii filmlərinə və aprel döyüşlərindən bəhs edən sənədli filmə baxıblar.

Qeyd edək ki, növbəti “Yay məktəbi” 30 iyul-2 avqust 2018-ci il tarixlərdə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının idmançıları üçün təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: