İrəvanda əsgər anaları etiraz edirlər

226

“Oğullarımızın məzarlarını ziyarət etmək üçün kifayət qədər pulumuz yoxdur”. Dinc şəraitdə öldürülən erməni əsgərlərin anaları belə deyirlər.  Onların sözlərinə görə, əvvəllər hər hansısa bir yardım alırdılarsa, indi bu da kəsilib. Sosial problemlərin çoxluğundan dövlətin verdiyi cüzi müavinətlə heç nə edə bilmirlər.

NUHÇIXAN-ın məlumatına görə, əsgər analarının oğullarının ölümü ilə bağlı cinayət işlərinin araşdırılacağına da ümidləri qalmayıb. “Biz daha heç kimə inanmırıq. Əlimizdən ancaq burada oturub ağlamaq gəlir. Mən oğlumu verdim, qoy onlardan da biri oğullarının heç olmasa barmağını versin, əgər belə olsa, bu dövlətdən heç bir şey tələb etməyəcəm” –deyə, əsgər anası bildirir. Veteran pilotlar da övladlarını qeyri-döyüş şəraitində itirən hərbçilərin yaxınlarına qoşulub. Hökumət binası qarşısında aksiya keçirən keçmiş pilotlar sosial problemlərdən, onlara qarşı laqeyd münasibətdən şikayətlənirlər. Ermənistanın Vardenis şəhərindəki hərbi hissədə öldürülən, yefreytor Hovhanes Melkonyanın ailəsi də hökumətin onlara qarşı göstərdiyi biganə münasibətdən narazılıq edir.

Hərbçini qətlə yetirən komandir müavini Sarkis Karapetyana məhkəmə bəraət verib. Vəkil Roza Sedrakyanın sözlərinə görə, Ermənistanda toyuq oğurlayanı dama basırlar, adam öldürəni azadlığa buraxırlar. Ailəsi deyir ki, Melkonyanın banklara xeyli kredit borcu var. O, hərbiyə də sosial vəziyyətini düzəltmək üçün gedib. Ermənistan Müdafiə Nazirliyinin mövqeyini ifadə edən Artsrun Hovhanisyan isə bildirib ki, əgər ölüm hadisəsi şüurlu şəkildə qəsdən törədilməyibsə, heç vaxt zabit həbs edilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: