Sağlamlıq imkanları məhdud uşaqlar ekskursiyada olublar - FOTOLAR

182

NUHÇIXAN xəbər verir ki, sağlamlıq imkanları məhdud məktəbli uşaqların yay tətilinin səmərəli təşkili məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə onların Naxçıvanın bir sıra görməli yerlərinə ekskursiyası təşkil olunub. Əvvəlcə “Ləzzət biskivit və şokolad fabrikində” olan iştirakçılara istehsal müəssisəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, muxtar respublikada 2010-cu ildən fəaliyyət göstərən fabrikdə vafli, biskivit, və digər qənnadı məlumatlar istehsal olunur. Duzdağ Fizioterapiya Mərkəzinə gələn qonaqlara bu şəfa ocağının tarixi, indiki fəaliyyəti ilə bağlı məlumat verilib.

Ekskursiya zamanı  “Əyləncə adası” istirahət mərkəzində istirahət isə uşaqların lap ürəyincə olub. Sonda onlar üçün nahar süfrəsi də təşkil olunub.

Belə tədbirlərin həyata keçirilməsi sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına və cəmiyyətin fəal bir üzvü kimi formalaşmasına müsbət təsir göstərir.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: