Naxçıvanın dünya əhəmiyyətli abidəsi olan Qarabağlar türbəsinə həsr edilən “Qarabağlar Türbə Kompleksi” adlı yeni kitab işıq üzü görüb. NUHÇIXAN xəbər verir ki, nəfis şəkildə tərtib edilən kitab “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 4 iyul tarixli Sərəncamı ilə açılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanan kitabda Qarabağlar Türbə Kompleksinin tarixi və etnoqrafik materiallar araşdırılıb. “Qarabağlar” sözünün etimologiyası, Qarabağlar Türbəsinin memarlıq xüsusiyyətləri, türbə və onun ətrafındakı epiqrafik abidələr tədqiq olunub və türbə yaxınlığında olan tarixi memarlıq abidələri haqqında məlumat verilib. Kitabda türbənin bərpadan öncə və sonrakı vəziyyətini, o cümlədən naxışlarını əks etdirən müvafiq foto şəkillər və qrafik təsvirlərdən istifadə edilib.
Naxçıvandakı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr edilən kitab oxuculara Azərbaycan, rus və ingilis dilində təqdim edilir.
Kitab tarixçilər, tədqiqatçılar və tələbələr üçün dəyərli mənbədir.