Güclü yağış İstanbulun bütün səmtlərində sel və daşqına səbəb olub.
NUHÇIXAN xəbər verir ki, bir çox bölgələrdə yeraltı keçidləri və metro stansiyalarını su basıb. Avtomobillər su altında qalıb. Bəzi yollarda insanlar köməksiz vəziyyətə düşüb.
Üç gündür yağan yağış qısa müddətdə ictimai nəqliyyata və şəhər təsərrüfatının idarə olunmasına ciddi əngəllər yaradıb. Metronun hərəkətində fasilələr meydana gəlib.