Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd planlarını hazırlamış şəxslərdən daha biri məhv edilib

393

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı Yunis Səfərovla birlikdə sui-qəsd törətmək planlarını hazırlamış şəxslərdən daha biri məhv edilib.

Hüquq mühafizə orqanlarından NUHÇIXAN-a bildiriblər ki, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adamöldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyinə görə “Aslanlar” qrupu tərəfindən öldürülüb.

Müəyyən edilib ki, o, 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: