YAP Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 17 min 484 nəfərə çatıb

303

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının iclası keçirilib. NUHÇIXAN xəbər verir ki, iclasda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və Azərbaycanın Gənclər paytaxtı” seçilməsində Yeni Azərbaycan Partiyasının üzvlərinin  də yaxından və fəal iştirakını vurğulayıb. Bütün bu proseslər Naxçıvanın nüfuzunun ölkə və dünya səviyyəsində yüksəldib.

Elman Cəfərli bildirib ki, 2018-ci ilin 6 ayı ərzində partiyaya üzv qəbul olmaq üçün müraciət edən 513 nəfərdən 485-i Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunub. Bunların da 474 nəfərini və ya 97,7 faizini gənclər, 283 nəfərini və ya 58,3 faizini qadınlar təşkil edir. Nəticədə 2018-ci il iyulun 1-nə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 17 min 484 nəfərə çatıb. Üzvlərdən 2 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin, 19 nəfəri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarıdır. Həmçinin təşkilatda 2 nəfər akademik, 6 nəfər AMEA-nın müxbir üzvü, 26 nəfər elmlər doktoru, 162 nəfər fəlsəfə doktoru təmsil olunur.

                                              Əbülfəz Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: