“The Daily Caller”: “Ermənistan və Azərbaycan: əslində mövcud olmayan atəşkəs rejimi”

168

Amerikada çıxan “The Daily Caller” nəşrində siyasi icmalçı, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Loueri Kontrerasın “Ermənistan və Azərbaycan: əslində mövcud olmayan atəşkəs rejimi” sərlövhəli məqaləsi dərc edilib.

NUHÇIXAN xəbər verir ki, Kontreras öz məqaləsində erməni qoşunlarının diqqət mərkəzində olan Tərtər rayonunun Qapanlı kəndinin nümunəsində işğal edilmiş Dağlıq Qarabağda erməni və Azərbaycan qoşunlarının təmas xətti boyunca yerləşən Azərbaycan kəndlərinin atəşə tutulması faktını təsvir edir.

Müəllif qeyd edir ki, erməni qoşunları Azərbaycan ərazilərini 1992-ci və 1993-cü illərdə işğal ediblər. Azərbaycanlılar Ermənistanın özündən qovulub, Dağlıq Qarabağda və ona bitişik Azərbaycan rayonlarında etnik təmizləməyə məruz qalıblar. İşğal edilmiş ərazilərdə oyuncaq rejim qurulandan sonra keçən 25 il ərzində heç bir ölkə bu rejimi tanımayıb. Qapanlı kəndi erməni silahlı qüvvələri tərəfindən Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən qovulmuş qaçqınların və köçkünlərin yerləşdirilməsi üçün Azərbaycan hökuməti tərəfindən abadlaşdırılıb. BMT hesab edir ki, erməni silahlı qüvvələri tərəfindən bir milyona yaxın məcburi köçkün etnik təmizlənməyə məruz qalıb və doğma yurdlarından qovulub. Qapanlı Azərbaycanın bütün ərazisində məcburi köçkünlər üçün salınmış çoxsaylı yaşayış məntəqələrindən biridir. Belə məskənlərin əksəriyyətindən fərqli olaraq Qapanlı qoşunların təmas xəttində yerləşir.

Azərbaycan ərazisinin ermənilər tərəfindən işğalının gedişində beynəlxalq hüququn ən hiddətləndirici pozuntularından biri dağlardan Tərtər rayonuna axan kanalların, arxların və çayların istiqamətinin ermənilər tərəfindən dəyişdirilməsidir. Müəllif yazır ki, müharibə dövründə Azərbaycanın Dağlıq Qarabağ regionunda irriqasiya sistemi pozulub, bu da öz növbəsində Azərbaycanda kənd təsərrüfatı sahələrinin irriqasiyası üçün maneə yaradır. Azərbaycan hökumətinin qərarı ilə 4000 su quyusu qazılıb və beləliklə, hədsiz ehtiyac duyulan su təchizatı təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: