293 min manatdan çox vəsait dövlət büdcəsinə geri qaytarılıb

1. 175

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələr və 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclasda məruzə edən nazir Səbuhi Məmmədov bildirib ki, cari ilin ötən 6 ayında Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 35 milyon 486 min manat təyinata qarşı 38 milyon 103 min manat və ya 107,4 faiz icra olunub. Həmin müddətdə büdcəyə nəzərdə tutulandan 2 milyon 617 min manat çox vəsait daxil olub.

Maliyyə naziri qeyd edib ki, 2018-ci ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 244 milyon 33 min 517 min manat təyinata qarşı 215 milyon 368 min 550 manat və ya 88,3 faizi icra olunub.

Kollegiya iclasında dövlət müəssisə və təşkilatlarında aparılan yoxlamaların nəticələri ətraflı təhlil edilib. Bildirilib ki, ötən yarım ildə əsassız xərc, cərimə və dəymiş zərərə görə 293 min manatdan çox vəsait dövlət büdcəsinə geri qaytarılıb.

Səbuhi Məmmədov qeyd edib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Maliyyə Nazirliyinə dövlət maliyyə nəzarətinin gücləndirilməsi, müəssisə və təşkilatlarda mühasibat uçotunun təşkili və aparılması, maliyyə hesabatlarının vaxtında təqdim edilməsi ilə bağlı tədbirlər görülməsi barədə tapşırıqlar verilib. Maliyyə Nazirliyinin kollektivi və tabeli qurumlar qarşıya qoyulan vəzifələrin icrasını təmin edəcək, büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə nəzarəti daha da gücləndirəcək, etibarlı maliyyə nəzarəti sistemi inzibatçılığının formalaşmasına nail olacaqdır.

               Əbülfəz Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: