Günün mübarək, Sahibkar!

79

Aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Muxtar respublikamızda da sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Bunun üçün  sahibkarlığın inkişаfı istiqаmətində аrdıcıl tədbirlər görülüb, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılıb.

NUHÇIXAN xəbər verir ki, Muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına köməklik etmək, onlara maliyyə dəstəyi göstərmək və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında Sahibkarlığa Kömək Fondu yaradılıb. Fond tərəfindən bu il yanvarın 1-ə qədər 1244 layihənin maliyyələşdirilməsinə 136 milyon 182 min 282 manat vəsait ayrılıb. Həmin vəsait sənaye, xidmət və kənd təsərrüfatı təyinatlı müəssisələrin yaradılmasında istifadə olunub.

Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xarici əlaqələri də diqqətdə saxlanır. 2002-2016-cı illərdə yerli və xarici ölkələrdə keçirilən 245 biznes-forum, sərgi və konfransda dövlət dəstəyi ilə 1300-dən artıq sahibkar iştirak edib, muхtаr rеspublikаnın nаiliyyətlərinin və pоtеnsiаl imkаnlаrının 40-dan artıq ölkədə nümаyiş еtdirilməsi sahibkarlığın inkişafına güclü təkan verib.

Həyata keçirilən kompleks islahatlar onu deməyə əsas verir ki, muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətinə çevrilib. Bu gün muxtar respublikada minlərlə sahibkarlıq subyektinin fəaliyyət göstərməsi, özəl bölmədə 70 minə yaxın iş yerinin açılması, xarici iş adamlarına əlverişli mühitin yaradılması, ümumi daxili məhsul istehsalında özəl bölmənin payının artaraq 89 faizə çatması bu siyasətin real bəhrələridir.

Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Bu gün Naxçıvan Muxtar Respublikasında 372 növdə məhsul istehsal olunması, 344 növdə məhsulа оlаn tələbаtın tаmаmilə yеrli istеhsаl hеsаbınа ödənilməsi sahibkarlığın inkişafının nəticəsidir.

Röyal Məmiyev

NTV xəbər

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: