Plastik kütlənin tərkibindəki nanohissəciklər Dünya okeanına ciddi ziyan vurur

145

Beynəlxalq toksikoloqlar qrupu və Uzaq Şərq Federal Universitetinin (RUSİYA) alimləri müəyyən ediblər ki, plastik məmulatın və kompozitlərin tərkibinə daxil olan silisiumlu nanohissəciklər mikroskopik yosunların hüceyrələrini zədələyə bilər. Tədqiqatda UŞFU-nun, Rusiya Elmlər Akademiyasının (REA) Sibir bölməsinin Q.K.Boreskov adına Kataliz İnstitutunun, REA-nın Uşaq Şərq bölməsinin Dəniz Biologiyası üzrə Milli Elmi Mərkəzinin və Sakit Okean Coğrafiya İnstitutunun, İnha Universitetinin, Estoniyanın Milli Kimyəvi Fizika və Biofizika İnstitutunun, Estoniya Elmlər Akademiyasının və Krit Universitetinin (Yunanıstan) əməkdaşları iştirak ediblər. NUHÇIXAN RİA Novosti agentliyinə istinadla xəbər verir ki, birgə tədqiqatın nəticələri “Environmental Research” jurnalında dərc olunub.

Məqalə müəlliflərindən biri, UŞFU-nun elmi işlər üzrə prorektoru Kirill Qoloxvast qeyd edib ki, dünyadakı plastik kütlənin və kompozit materialların təqribən 80 faizinin son məkanı Dünya okeanıdır. Dəniz mikroyosunlarının toksikoloji tədqiqatı böyük əhəmiyyət daşıyır, çünki onlar geniş yayılıb və okeandakı qida zəncirinin əsasını təşkil edir.

Alimlər eksperiment aparmaq üçün Yapon dənizindəki Böyük Pyotr körfəzindən götürülən birhüceyrəli “Heterosigma akashiwo” dəniz mikroyosunlarından istifadə ediblər. Bu yosunun hüceyrəsinin divarı nazikdir və deməli, kimyəvi çirklənməyə də daha meyillidir. Tədqiqatçılar bu qənaətə gəliblər ki, karbon və silisium nanohissəciklərindən ibarət qatışığın toksik təsiri onların 1 litrdə 100 milliqram konsentrasiyası nəticəsində yaranır. Elə eksperimentin üçüncü günü yosunların hüceyrələrinin kəskin toksik ziyana məruz qaldığı məlum olub, hüceyrələrin xroniki zəhərlənməsi isə yeddinci gün qeydə alınıb.

Alimlərin fikrincə, yosunların hüceyrələri nanohissəciklərlə mexaniki zədələndiyinə görə tələf olub. Nanoborularla müqayisədə karbon nanoliflərinin toksikliyi bir o qədər də yüksək olmayıb, hüceyrələrin davamlı deformasiyasına gətirib çıxarıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: