Muxtar respublika üzrə təbii qaz istehlakçılarının ümumi sayı 88 min 487 olub

392

 

NUHÇIXAN xəbər verir ki, “Naxçıvanqaz” İstehsalat Birliyində 2018-ci ilin  birinci yarımilinin  yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Birliyin direktoru Ramin İsmayılov bildirilib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında “Naxçıvanqaz” İstehsalat Birliyinin qarşısına da bir sıra vəzifələr qoyulub. 

Qarşıya qoyulan vəzifələrə əsasən “Naxçıvanqaz” İstehsalat Birliyi mövcud infrastrukturun yenilənməsi və təkmilləşdirilməsinə diqqəti artıracaq.       

Qeyd olunub ki, muxtar respublika üzrə təbii qaz istehlakçılarının cari ilin birinci yarısında ümumi sayı 88 min 487 olub. Bu dövr ərzində muxtar respublikanın  şəhər  və  rayonlarında  406  mənzil  və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb. Qazlaşdırılan obyektlərdən  375-i əhali abonentlər, 31-i isə qeyri-əhali abonentlərdir.

Qaz analizator və dedektorlar vasitəsilə aşkarlanan sızmalar  vaxtında aradan qaldırılıb. Muxtar respublikada təbii qaz istehlakçılarının istismara yararsız qaz sayğacları yeniləri ilə əvəz  olunub, xətlərdə yenilənmə və təmir işləri aparılıb.

Cari ilin birinci yarısında  muxtar respublikada kənar müdaxilələrin qarşısının alınması məqsədilə mexaniki qaz sayğaclarına  26 min 631 mühafizə qutusu quraşdırılıb.

Sonra məruzə ətrafında çıxışlar olub.

                                                                     Cavid Səfərli 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: