İyulun 24-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, müzakirələrdən sonra 2018-2019-cu il mövsümündə Birinci Divizionda oyunlar Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları və ötən mövsüm Birinci Divizionda çıxış etmiş 6 və ya 4 klubun iştirakı ilə keçirilməsi barədə qərar qəbul olunub.
Turnirdə iştirak edən komandaların heyətində 4 futbolçu yaş limiti olmadan, 6 futbolçu 1998-ci il və daha gənc təvəllüdlü, 1-i 2001-ci il və daha aşağı yaşlı olacaq. Qaydalara görə, yaş limiti tətbiq edilməyən 4 futbolçudan 2-si legionerlərdən seçilə bilər.
Həmçinin iclasda futbol veteranları – Nüvər Xasıyevə və Səfər Rəhimova AFFA-nın təqaüdünün verilməsi qərara alınıb.