XİN: Yunanıstanda tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur
Azərbaycanın Yunanıstandakı səfirliyindən verilən məlumata görə, bu ölkədə tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması qeydə alınmayıb.
Bu barədə NUHÇIXAN-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Qeyd edilib ki, Yunanıstandakı səfirliyimiz davamlı əsasda bu ölkənin müvafiq qurumları ilə təmasdadır.