Reyhanın bu günə qədər bilmədiyimiz möcüzəvi faydaları

623

Reyhan bitkisinin insan orqanizminə faydalarını saymaqla bitib-tükənməz.

NUHÇIXAN xəbər verir ki, ürək xəstəliyi, nəfəsalma problemi kimi ciddi xəstəliklərin müalicəsində reyhanın təsiri çoxdur. Tərkibində antibakterial, antioksidləyici kimi xüsusiyyətləri olan reyhanın qoxusu və dadı da xoşdur.

Reyhanın faydaları aşağıdakılardır:

– Həzmi asanlaşdırır;

– Mədə və bağırsaqdakı köpün və şişkinliyin azalmasına kömək edir;

– Mədə bulantısı və bağırsaq parazitlərini azaldır;

– Sinir sistemini yaxşılaşdırır, depresiyanı azaldır, sakitləşdirici və yuxuverici təsiri var;

– Miqren və yaddaş problemini azaldır;

– Dəriyə çox faydalıdır;

– İmmunitet sistemini gücləndirir;

– Bronxlara və ağ ciyərə faydalıdır;

– Tərkibindəki maddələr sayəsində xərçəngə qarşı qoruyur;

– Cinsi zəifliyi aradan qaldırır.

Reyhanı bişirmədən, təzə-tər yemək lazımdır. İfrata varmaq lazım deyil. Bir neçə kiçik yarpağı da öz təsirini göstərir. Xüsusən də ət və salatlarda çox istifadə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: