Kəngərli rayonu sürətlə inkişaf edir

655

Kəngərli rayonunda son altı ayda  ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal olunub. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə  qoyulan vəsaitin dəyəri isə 1,4 faiz artıb. NUHÇIXAN xəbər verir ki, bu məlumatları Kəngərli rayonunda keçirilən müşavirədə  icra başçısı Kamal Ələkbərov bildirib. Onu da vurğulayıb ki, ötən dövrdə Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi bərpadan sonra istifadəyə verilib.

Qıvraq qəsəbəsində gənc ailələr üçün zirzəmi ilə birlikdə 7 mərtəbə, 48 mənzildən ibarət olan yaşayış binasında əsas tikinti işləri başa çatdırılıb. Qəsəbədəki hərbi hissədə zabit, gizir ailələri üçün 44 mənzilli 5 mərtəbəli yaşayış binası,  yeni istirahət parkının tikintisi, mərkəzi stadionda təmir və yenidənqurma işləri davam etdirilir

Rayonda 8 min 665 hektar sahədə kənd təsərrüfatı məsullarının əkini aparılıb. Hazırda isə cari ilin məhsulu üçün əkilən 4706 hektar sahədə taxıl biçini davam etdirilir.

Kamal Ələkbərov bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Kəngərli rayonuna da mühüm tapşırıqlar verilib. Ona görə də idarəetmənin bütün mərhələlərində nizam-intizam gücləndirilməli, təşəbbüskarlıq və tələbkarlıq artırılmalı, qanunvericiliyin tələblərinə ciddi əməl edilməlidir

Röyal Kərimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: