İranda növbəti zəlzələ baş verib

206

İranda növbəti zəlzələ ölkənin cənub-şərqində Kerman ostanında baş verib. Bu barədə ISNA agentliyi Tehran Universitetinin Geofizika İnstitutunun seysmoloji mərkəzinə istinadla məlumat yayıb.

NUHÇIXAN RİA Novosti agentliyinə istinadla xəbər verir ki, 5,8 bal gücündə zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat yoxdur.

Xatırladaq ki, iyulun 22-də İranda üç dəfə zəlzələ baş verib. Onlardan ən güclüsünün maqnitudu 5,9 bal olub. Kermanşah ostanında baş verən bu zəlzələ, demək olar, ölkənin hər yerində hiss edilib. Nəticədə 287 nəfər xəsarət alıb, 101 bina tamamilə, 850 bina qismən dağılıb. Bölgəyə 15 xilasetmə qrup göndərilib. Habelə İranın cənubunda Hörmüzgan ostanında 4,6 və 5,4 bal gücündə zəlzələ olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: