İranda baş vermiş zəlzələdən 43 kəndə ziyan dəyib, 101 bina tamamilə dağılıb

211

İranın qərbində Kermanşah ostanında baş vermiş 5,9 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 287 nəfərə çatıb. Bu barədə “Tasnim” agentliyi ostan rəhbərliyinin idarəsinə istinadla məlumat yayıb.
NUHÇIXAN  RİA Novosti agentliyinə istinadla xəbər verir ki, zəlzələdən 43 kəndə ziyan dəyib, 101 bina tamamilə dağılıb. Bölgənin şəhər və kəndlərində 800 bina qismən dağılıb.
Bundan əvvəl 146 nəfərin xəsarət aldığı bildirilmişdi. Zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib. Bu gün, həmçinin İranın cənubunda Hörmüzgan ostanında 4,6 və 5,4 bal gücündə zəlzələ olub. Zəlzələ baş verən ərazilərə 15 xilasetmə qrupu göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: