Acarıstan Muxtar Respublikasının Ali Məclisi yeni hökumətin başçısını təsdiq edib

314

NUHÇIXAN xəbər verir ki, iyulun 21-də Acarıstan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar iclası keçirilib.

İclasda hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi Tornike Rijvadze Acarıstan Muxtar Respublikası hökumətinin başçısı vəzifəsinə təsdiq olunub.

Tornike Rijvadze Gürcüstanın energetika nazirinin müavini, Gürcüstan Energetikasının İnkişafı Fondunun direktoru vəzifələrində çalışıb.

Xatırladaq ki, Acarıstan Muxtar Respublikasının keçmiş hökumət başçısı Zurab Pataradze iyulun 4-də istefa verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: