Moldova Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib

169

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Moldovaya səfər edib.

Mərkəzdən NUHÇIXAN-a bildiriblər ki, səfər çərçivəsində Moldova Prezidenti İqor Dodon qurumun baş katibi Rövşən Muradovu qəbul edib. Görüşdə mərkəzin fəaliyyəti, gələcək planları, Bakıda keçirilmiş VI Qlobal Forumla bağlı müzakirələr aparılıb. Mərkəzin Moldovada fəaliyyətinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflərə dair fikir mübadiləsi aparılıb.

Moldova Prezidenti mərkəzin son illərdə həyata keçirdiyi layihələrin əhəmiyyətini yüksək qiymətləndirib. Təşkilatın qısa vaxt ərzində beynəlxalq əlaqələrini genişləndirməyə nail olmasının təqdirəlayiq olduğunu vurğulayan İqor Dodon mərkəzin təşəbbüslərinin dünyada sülhün, təhlükəsizliyin, mədəniyyətlərarası dialoqun möhkəmlənməsində xüsusi önəm kəsb etdiyini vurğulayıb.

Görüşdə Moldova Prezidentinə Mərkəzin həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib, VI Qlobal Bakı Forumunun hesabatı təqdim olunub. Bildirilib ki, Mərkəzin fəaliyyətində əsas prioritetlərdən biri qlobal problemlərin həllinə xidmət edən ideya və təşəbbüslərin dəstəklənməsidir. Qeyd olunub ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Moldova ilə əməkdaşlığa xüsusi önəm verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: