“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edəcək

107

“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edəcək.

NUHÇIXAN “ria.ru” saytına istinadən xəbər verir ki, populyar “WhatsApp” messenceri Hindistanda saxta xəbərlərin yayılması ilə əlaqədar mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq etməyə qərar verib. Bu, bir sıra regionlarda çoxlu sayda ölkə vətəndaşının faciəli şəkildə ölməsinə səbəb olub.

Xatırladaq ki, bir neçə il bundan əvvəl messencerə əlavə edilmiş funksiya mesajı eyni anda bir neçə çata göndərməyə imkan verirdi.

“Biz bu gün mesajların yönləndirilməsinə tətbiq ediləcək məhdudiyyəti sınaqdan keçirməyə başlayırıq. Yeni qayda “WhatsApp”dan istifadə edən hər bir kəsə şamil olunur. Biz, həmçinin dünyanın digər ölkələri ilə müqayisədə daha çox mesaj, şəkil və videoçarxın göndərildiyi Hindistanda yönləndirmə üçün eyni zamanda istifadə edilən çatların sayını 5-dək məhdudlaşdırmağa cəhd edəcəyik və multimedia mesajlarının yanında ani göndərmə düyməsini siləcəyik”, – deyə şirkətdən bildirilib.

“Tech Crunch” nəşrinin məlumatına görə, hazırda 1,5 milyarddan çox istifadəçi “WhatsApp” messencerindən faydalanır. Şirkət “Facebook”a məxsusdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: