Bəxtiyar Əsgərov Belçika Krallığının milli bayramı münasibətilə keçirilən tədbirdə iştirak edib
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Belçika Krallığının milli bayramı-Müstəqilliyin 188-ci və Kral Filipin Taxt-taca çıxmasının 5-ci ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edib. Nümayəndəliyin rəhbəri bu tədbirə Belçika Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri Bert Scooesun rəsmi dəvəti ilə qatılıb.