Naxçıvan Dövlət Universitetində qarşıda duran məsələlər müzakirə olunub

336

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a bildirilib ki, universitetdə beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn məsələlərə həsr olunmuş yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə açan  universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 2018-ci ilin birinci yarısında görülmüş işlərlə bağlı çıxış edib. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işləri qeyd edən rektor  ixtisaslı kadrların yetişdirilməsi, gənclərin elmi-tədqiqat işlərinə cəlbi, tədris və elmi-metodik vəsaitlərin müasir dövrün tələblərinə uyğun hazırlanması, müvafiq ixtisaslar üzrə təcrübi dərslərin hami təşkilatlarda keçirilməsinə diqqətin artırılması istiqamətində konkret tapşırıqlar verib, yaradılan şəraitdən səmərəli istifadənin vacibliyini vurğulayıb.

Çıxışlarda Naxçıvan Dövlət Universitetində aparılan bərpa-quruculuq işlərindən danışılıb. Bildirilib ki, universitetin bütün tədris korpusları istixanalarla təchiz olunub, su, elektrik sistemləri yenilənib, dərs prosesinin normal aparılması üçün hər cür şərait yaradılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: