Ağır atletika üzrə Avropa birinciliyi üçün millimizin heyəti açıqlanıb

162

İyulun 22-29-da İtaliyanın Milan şəhərində 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. Qırxa yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak edəcəyi turnir, həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

NUHÇIXAN xəbər verir ki, Milandakı birincilikdə Azərbaycan yığma komandası da geniş heyətlə iştirak edəcək.

On beş yaşadək oğlanların yarışında Elvin Şükürzadə (50 kq), Elşən Məmmədov, Fuad Həsənov (hər ikisi 56 kq), Murad Əliyev, Kamil Nəbiyev (hər ikisi 62 kq), Yaşar Mamayev (77 kq), Əli Şükürlü (85 kq), Əli Quliyev (94 kq), 17 yaşadək oğlanların mübarizəsində Ömər Cavadov (50 kq), Sale Alxasov (56 kq), Rüstəm Qasımov, Elməddin Hüseynov (hər ikisi 62 kq), Füqan Əliyev (69 kq), Əlimərdan Alxasov, İsmayıl Baxışov (hər ikisi 77 kq) və Tarmenxan Babayev (85 kq) körpücük üzərinə çıxacaqlar.

On beş yaşadək qızların yarışında Günel Muxtarlı (44 kq), Selcan Qarayeva (48 kq), Fazilə İmanova (53 kq), Səma Mayılov, Anna Opanasyuk (hər ikisi 58 kq), Fidan Mirzəzadə (63 kq), Rəhilə Hüseynova (69 kq), U-17 yaş kateqoriyasında qızların mübarizəsində Lalə Rzazadə (58 kq) və Fidan Hüseynzadə (69 kq) ölkəmizi təmsil edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: