Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

164

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trump arasında telefon danışığı olub.

NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, prezidentlər NATO-nun Brüsseldə keçirilən toplantısında müzakirə olunan məsələlər, o cümlədən Suriya böhranı barədə fikir mübadiləsi aparıblar.

Dövlət başçıları Türkiyə və ABŞ-ın razılaşması əsasında Münbiç bölgəsində həyata keçirdikləri ortaq antiterror əməliyyatının Suriya probleminin həllinə mühüm təsir göstərəcəyini vurğulayıblar. Həmçinin bütün sahələr üzrə ikitərəfli əməkdaşlığın vəziyyəti müzakirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: