Prezident İlham Əliyev Xorvatiya yığmasının gümüş medal qazanması münasibətilə bu ölkənin dövlət başısını təbrik edib
Prezident İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu ünvanlayıb.
NUHÇIXAN-ın məlumatına görə, təbrik mətnində deyilir:
“Hörmətli xanım Prezident,
Futbol üzrə XXI dünya çempionatında Xorvatiya yığma komandasının uğurlu çıxış edərək bu mötəbər turnirin gümüş medalını qazanması münasibətilə Sizə və dost Xorvatiya xalqına təbriklərimi yetirirəm.
Dünya birinciliyinin bütün oyunlarında yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək tarixində ən böyük müvəffəqiyyətə nail olmuş Xorvatiya futbolçularını ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram”.