Səhər yuxudan duranda göz qapaqlarınız şişir? Bunun bir çox səbəbi ola bilər.
Başlıca səbəbi stress, yorğunluq, yuxusuzluq, ya da çox yatmaqdır.
NUHÇIXAN səhər şişən gözləriniz üçün bir çox təbii müalicə üsullarını təqdim edir:
Buz – praktik və asan olması səbəbi ilə ən çox seçilən vasitədir. Bir parça buzu göz qapaqlarınıza və ətrafına dairəvi hərəkətlərlə gəzdirsəniz, qan dövranı sürətlənərək, şişliklərdən qurtulmanızı təmin edəcək.
Çiy kartof – soyuducuda bir müddət saxlanılan çiy kartofu dilimləyərək gözlərinizin üstündə gəzdirin. Bundan sonra gözlərinizi bol su ilə durulamağı unutmayın. Kartofun soyuq vurulmasının səbəbi qan dövranını sürətləndirməsidir.
İdman etmək – toksinlərin bədəndə yığılması bütün bədən üçün olduğu kimi, gözlər üçün də zərərlidir. Oyandığınızda gözləriniz şişibsə, bunun səbəbi toksinlərin, yəni bədən iltihabının göz hovuzlarında yığılmasından qaynaqlana bilər. Bu iltihabın orqanizmdən atılması üçün mütəmadi olaraq idman etmək təsirli bir vasitədir.
Bol su – su içməyin bütün hallarda faydalı olduğu məlumdur. Gündə ən az 10-12 stəkan su içmək orqanizmdəki şişliklərdən qurtulmanıza kömək olacaq. Bundan başqa, kofein istifadəsindən uzaq durmağa diqqət etməlisiniz.
Yumurta ağı – Yumurtanın sarısını ayırıb, ağını yaxşıca qarışdırın. Qarışdırdığınız yumurtanı bir fırça ilə göz altına və göz qapağına vurub qurumasını gözləyin. Gözlərinizdəki gərginliyi hiss edəcəksiniz. Ayrıca bu gərginlik göz çevrəsindəki qırışlar üçün də olduqca faydalıdır. Quruyan yumurtanı 5-10 dəqiqə daha gözlərinizdə saxladıqdan sonra bol su ilə durulayın.