Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib
Ümumilikdə 10 iyul hadisələrinə görə 22 nəfər həbs olunub
İyulun 10-da Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.
Hüquq mühafizə orqanlarından NUHÇIXAN-a daxil olan məlumata görə, 10 iyul hadisələrinə görə ümumilikdə 22 nəfər həbs edilib. Bir nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.
Eyni zamanda, məlumata görə, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs edilib. Səkkiz nəfər barəsində isə axtarış elan olunub.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.