Sağlamlıq imkanları məhdud uşaqlar üçün növbəti əyləncə təşkil olunub

235

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların yay  tətilində asudə vaxtlarının səmərəli təşkil edilməsi istiqamətində tədbirlər davam etdirilir.

NUHÇIXAN xəbər verir ki, bu tədbirlərin davamı olaraq Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların yay tətillərinin səmərəli keçirilməsi məqsədilə növbəti əyləncə təşkil olunub. Mərkəzin müasir şəkildə qurularaq istifadəyə verilmiş əyləncə sahəsində uşaqlar öz  istirahətlərini və asudə vaxtlarını səmərəli keçiriblər.

Valideynlər də uşaqların yay tətillərinin səmərəli keçirilməsi üçün təşkil edilən  bu tədbirləri yüksək qiymətləndiriblər.

Sonda uşaqlar üçün çay süfrəsi təşkil olunub.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: