Axşam meyvə yeməyin! Həkimlərdən tövsiyə

364

Meyvə yüngül və kökəltməyən qida sayılır.

Bu səbəbdən bir çox arıqlamağa çalışan qadınlar axşamlar daha kalorili qidaları 1 boşaq meyvə ilə əvəz edir. Lakin bu çox böyük səhvdir və nəinki arıqlamağa kömək etmir, əksinə artıq kiloların yığılmasına səbəb olur.

Məsələ burasındadır ki, təbii şəkərlə zəngin olan meyvələrin istehlakı qanda şəkərin səviyyəsini qaldırır. Orqanizm şəkərin səviyyəsini normaya salmaq üçün insulinin istehlasını artırır. İnsulin piylərin parçalanması prosesini ləngidir və əksinə piylərin yığılmasına səbəb olur. Axşam saatlarında insanın hərəkətliliyi kəskin azalır, insan kalori sərf etmir və yediyimiz 1 boşqab “ziyansız” meyvə orqanizmdə piyə çevrilir.

NUHÇIXAN Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bütün bunları nəzərə alaraq mütəxəssislər meyvələri səhər və günorta yeməkləri arasında istehlak etməyi tövsiyə edirlər.

Tərəvəzlər isə həqiqətən arıqlamağa kömək edir. Bu səbəbdən axşam meyvə salatının əvəzinə tərəvəz salatını (yağsız!) yesəniz daha yaxşı olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: