Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

3. 972

İyulun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Foroud Asgari ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, İran İslam Respublikasının maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Foroud Asgari səmimi qəbula görə minnətdarlıq edib, Naxçıvanda ilk dəfə olduğunu və muxtar respublikanın inkişafının onda böyük təəssürat yaratdığını bildirib. Foroud Asgari deyib ki, bu gün İran və Azərbaycan gömrük nümayəndələri arasında keçirilən görüşdə gömrük keçid məntəqələrinin iş saatının artırılması, yüklərin tranzit keçidinin sadələşdirilməsi və sürətləndirilməsi, eləcə də elektron məlumat mübadiləsinin aparılması ilə bağlı məsələlər müzakirə olunub. Qonaq İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında gömrük sahəsindəki əməkdaşlığın əhəmiyyətini qeyd edib və bu sahədə səylərin artırılacağını bildirib.

Ali Məclisin Sədri qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Ölkələrimiz arasındakı əlaqələrdən danışan Ali Məclisin Sədri son illər hər iki ölkə prezidentlərinin 12 dəfə görüşdüyünü və bunun ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafı üçün zəmin yaratdığını diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan və İran gömrük nümayəndələrinin görüşü də ölkələrimiz, eləcə də Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. İran İslam Respublikasına sonuncu səfərinin səmərəli olduğunu bildirən Ali Məclisin Sədri keçirilən görüşlərdə gömrük sahəsində əməkdaşlığın da müzakirə olunduğunu və müsbət nəticələr əldə olunduğunu bildirib.

Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əlaqələri diqqətə çatdırıb, gömrük sahəsindəki əməkdaşlığın vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mənsur Ayrom görüşdə iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: