“Azərbaycan Hava Yolları” QSC (AZAL) vətəndaşlara müraciət edib.
NUHÇIXAN-ın məlumatına görə, müraciətdə bildirilir ki, aviaşirkətin www.azal.az ünvanında yerləşən internet səhifəsində bilet satışı dayandırılıb.
“AZAL-dan birbaşa asılı olmayan bir sıra texniki problemlərlə əlaqədar olaraq, hazırda www.azal.az saytında aviabiletlərin satışı müvəqqəti olaraq qeyri-mümkündür”, – deyə müraciətdə qeyd olunub.