Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin ildönümü Şərurda qeyd olunub

256

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun Şahbulaq kəndində Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı tərəfindən tədbir keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 49-cu ildönümünə həsr olunub.

Tədbirdə bildirilib ki, ikinci dəfə müstəqillik qazanan  Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəri olaraq bugünkü dövrdə inkişaf mərhələsinin ən yüksək zirvəsindədir.

 Digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin Ali hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda bütün sahələrin  inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən  danışıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına  yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri  təqdim edilib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: