“Elm və həyat” jurnalının yeni nömrəsi nəşr olunub

160

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-populyar jurnalı olan “Elm və həyat”ın yeni nömrəsi nəşr olunub.

AMEA-dan NUHÇIXAN-a bildirilib ki, jurnalın yeni nömrəsində ümummilli lider Heydər Əliyevin anadan olunmasının 95-ci ildönümü ilə bağlı tədbirlər, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin yenidən bu qurumun rəhbəri seçilməsi münasibətilə jurnalın redaksiya heyətinin ona ünvanladığı təbrik məktubu, o cümlədən tarix, ədəbiyyat, etnoqrafiya, fizika, kimya, kibernetika, astronomiya və digər elm sahələrinə aid müxtəlif yazılar oxuculara təqdim olunur.

Nəşrdə, həmçinin fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayevin “Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi M.Ə.Rəsulzadənin milliyyətçilik və millətçilik probleminə münasibəti”, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafovun “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Hüseyn Qasımovun “Qloballaşma mühitində universitetlər” və fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikovun “Alvin Plantinqa – XX əsrin analitik epistemoloqu” mövzusunda məqalələri yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: