UEFA Avropa Liqası: “Qəbələ” komandası doğma meydanda Lüksemburqun “Proqres” klubunu qəbul edir

147

UEFA Avropa Liqasında ölkəmizi təmsil edən “Qəbələ” futbol komandası turnirdə mübarizəyə başlayıb.

NUHÇIXAN xəbər verir ki, yarışın birinci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində “qırmızı-qaralar” iyulun 12-də Qəbələ şəhər stadionunda Lüksemburqun “Proqres” klubunu qəbul edir.

“Qəbələ”nin əsas heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Elvin Camalov, Rauf Əliyev, Asif Məmmədov, Ceyms Adeniyi, İlqar Qurbanov, Bəhlul Mustafazadə, Stiven Monroz, Ürfan Abbasov və Sabien Lilay yer alıblar.

Lüksemburq təmsilçisinin ilk onbirliyində isə meydana Sebastyan Floss, Mayron de Almeyda, Yannik Bastos, Olivye Till, Emmanuel Fransuaz, Mario Mutş, Jordan Qobron, Marven Martens, Adrian Ferino, Sebastyan Till və Tim Hall çıxıblar.

Oyunu Moldovadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Vyaçeslav Banaridir. Ona yan xətt hakimləri Vasili Yermişin və Dumitru Çiobanu kömək edirlər. Görüşdə dördüncü hakim funksiyasını Andrei Cojocaru yerinə yetirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: