Babəkdə ulu öndərə həsr olunmuş tədbir keçirilib

282

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında tədbir keçirilib. Tədbir ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 49-cu ildönümünə həsr olunub.

Bildirilib ki, xalqımızın böyük oğlu Heydər Əliyevin atdığı qətiyyətli addımlardan biri də Babək rayonunun yaradılmasıdır. 1978-ci ildə yaradılan rayon dahi şəxsiyyətin ölkənin dağ və sərhəd rayonlarının daha da inkişaf etdirilməsi siyasətinin məntiqi nəticəsi, gələcək müstəqil Azərbaycan uğrunda apardığı böyük mübarizənin əyani təzahürü  idi.

Qeyd olunub ki, ötən  40 il ərzində Babək rayonu böyük inkişaf yolu keçib. Rayonun mərkəzi olan Babək qəsəbəsi, eləcə də Babək rayon  inzibati ərazi bölgüsünə daxil olan kəndlərin hər biri son illərdə öz simasını dəyişib. Rayonun ucqar dağ kəndlərində belə  kompleks quruculuq işləri aparılıb, həmin yaşayış məskənləri elektrik enerjisi və təbii qazla, poçt, geniş zolaqlı və simsiz internet xidmətləri ilə təmin edilib.

 Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: