“Dostluq” dəyirmanı gücləndirilmiş iş rejimində çalışır

316

NUHÇIXAN xəbər verir ki, Şərurda taxıl biçinin başlaması ilə əlaqədar olaraq rayonun dəyirmanları da tam hazır vəziyyətə gətirilib. Rayondakı 4 dəyirmandan biri olan “Dostluq” dəyirmanı gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Dəyirmanın gündəlik istehsal gücü  8 tondur. Burada əl əməyindən demək olar ki, istifadə olunmur. Qurulan müasir avadanlıqlar  məhsulun vaxtında və keyfiyyətli istehsalı üçün şərait yaradır. Türkiyə və Almaniyanın birgə istehsalı olan avadanlıqlarla təchiz edilən dəyirmantəkcə şərurluların deyil, digər rayonların da una olan tələbatını  ödəyir. Burada həmçinin  qış üçün də taxıl tədarük edilir.

Dəyirmanda ötən il min tondan artıq dən üyüdülüb ki, cari ildə bu rəqəmin daha da yüksək olacağı gözlənilir.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: