Gürcüstanın Baş naziri hökumətin yeni tərkibini elan edib

204

Gürcüstanın Baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi brifinqdə hökumətin yeni tərkibini elan edib.

NUHÇIXAN  xəbər verir ki, yeni strukturda üç nazir vəzifəsini itirib.

Bildirilib ki, yeni hökumətdə əvvəlki kimi 14 deyil, 10 nazirlik və bir dövlət naziri vəzifələri qalıb.

Nazirlərdən üçü isə dəyişib: elm, təhsil və mədəniyyət naziri vəzifəsinə Biznes Universitetinin rektoru Mixail Batiaşvili təyin olunub. İqtisadiyyat və davamlı inkişaf naziri postuna Georgi Kobuliya gətirilib. Q.Kobuliya Rusiyada özəl sektorda bizneslə məşğul olub. Maliyyə naziri vəzifəsinə isə “Gürcüstan Bank”ın sabiq baş direktoru Arçil Qaçeçiladze təyin olunub.

Digər nazirlər isə vəzifələrində qalıblar.

Regional inkişaf naziri Mayya Tsikitaşvili, ətraf mühit və kənd təsərrüfatı naziri Levan Davitaşvili, xarici işlər naziri David Zalkaliani, daxili işlər naziri Georgi Qaxariya, ədliyyə naziri Teya Tsulukiani, müdafiə naziri Levan İzoria, məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri David Serqeenko, barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri isə Ketevan Tsexelaşvilidir.

Yaxın günlərdə parlament hökumətin yeni tərkibinə münasibət bildirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: