2018-ci ilin birinci yarısında 455 elmi əsər işıq üzü görüb

220

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, 2018-ci ilin birinci yarısında bölmədə 6 elmi istiqamət üzrə 7 mövzunu əhatə edən 36 iş 84 mərhələdə yerinə yetirilib. Tədqiqatlarda 2 akademik, 4 müxbir üzv, 6 elmlər dоktоru, 50 fəlsəfə dоktоru, 1 doktorant, 21 dissertant iştirak edib.

Bölmə əməkdaşlarının 455 elmi əsəri (14 monoqrafiya, 10 kitab, 305 məqalə, 123 konfrans materialı, 3 tezis) nəşr edilib. Elmi məqalələrdən 11-i impaktfaktorlu jurnallarda işıq üzü görüb. 124 qəzet materialı çap edilib, 7 buklet tərtib olunub. O cümlədən 5 kitab, 301 məqalə nəşrə təqdim edilib.

Bundan əlavə, humanitar və ictimai elmlər seriyası üzrə “Xəbərlər” jurnalının və “Axtarışlar” jurnallarının iki nömrəsi çapdan çıxıb. Qarabağlar Türbə Kompleksi” kitabı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) nəşr olunub. 2018-ci ilin birinci yarısında “Naxçıvan coğrafiyası” kitabının ikinci cildi hazırlanaraq çapa təqdim edilib. Bölmə əməkdaşları tədqiqat dövründə 4 patent təqdim ediblər.

Bölmədə 9 konfrans, 4 iclas, 13 seminar, 12 kitab və monoqrafiyanın təqdimatı, habelə oxunması zəruri olan 4 kitabın müzakirəsi keçirilib. Qurumun 40 əməkdaşı respublikada və xaricdə keçirilən 20 beynəlxalq tədbirdə məruzələrlə çıxış edib.

Bölmədə yerinə yetirilən iki qrant layihəsinə 2018-ci ilin ilk aylarında yekun vurulub. Biri beynəlxalq olmaqla, iki qrant layihəsinin icrası isə davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: